525.Az

Region Gənclərinin Əməkdaşlıq Forumu - Fotolar


 

LAYİHƏ GƏNCLƏR FONDUNUN MALİYƏ, “İRƏLİ” VƏ “REGİONAL İNKİŞAF” İCTİMAİ BİRLİYİNİN TƏŞKİLATİ DƏSTƏYİLƏ BAŞ TUTUB

Region Gənclərinin Əməkdaşlıq Forumu - <b style="color:red">Fotolar</b>

İyunun 24-də Avropa Gənclər Paytaxtı Gəncədə Region Gənclərinin Əməkdaşlıq Forumu keçirilib. Layihə Gənclər Fondunun maliyə, “İrəli” və “Regional İnkişaf” İctimai Birliyinin təşkilati dəstəyilə baş tutub.

Heydər Əliyev Mərkəzində keçirilən Forumda Azərbaycanın 15 regionundan 100-ə yaxın gənc iştirak edib.

“İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov bildirib ki, Azərbaycanda gənc nəslin hərtərəfli inkişafının təmin edilməsi dövlət siyasətinin mühüm tərkib hissəsidir: “Belə  layihələr  Azərbaycan gəncliyinin  ictimai-siyasi fəaliyyəti üçün olduqca əhəmiyyətlidir”.

M.Seyidov qeyd edib ki, layihənin əsas məqsədi “Gəncə 2016 - Avropa Gənclər Paytaxtı” layihəsinə dəstək olmaq, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı çərçivəsində istifadəyə verilən gənclər evləri və mərkəzlərinin yerləşdiyi regionlarda gənclərin şəxsi inkişafına təkan vermək üçün birgə fəaliyyətlərini stimullaşdırmaqdan  ibarətdir”.

Layihənin ilk günü Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş üzrə sektor müdiri Vüsal Quliyev, Gəncə şəhər icra hakimiyyəti başçısının birinci müavini Elnur Rzayev və Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyevin iştirakı  ilə “Azərbaycan Dövlət Gənclər Siyasəti” mövzusunda müzakirə keçirilib. Eyni zamanda, “İctimai vəkillik” və “Beynəlxalq arenada iştirakçılıq” mövzularında fikir mübadiləsi aparılıb.

Layihənin növbəti günlərində Regional İnkişaf İctimai Birliyi nümayəndələri gənclərə təşkilatın gördüyü işlər haqqında ətraflı məlumat verib. Sonra gənclərlə birgə müzakirələr həyata keçirilib və iştirakçıların sualları əməkdaşlar tərəfindən cavablandırılıb.

Gəncə şəhər Gənclər Evində keçirilən təqdimatdan sonra iştirakçılara müxtəlif mövzularda təlimlər keçirilib.

Gənclərin praktik bilgilərinin artırılması məqsədilə keçirilən təlimlərdə Eldəniz Əsədov, Niyazi Qasımov və Nigar Ələsgərova təcrübə və biliklərini iştirakçılarla bölüşüblər.

Sonda isə gənclərlə birgə əməkdaşlıq mövzusunda müzakirələr həyata keçirilib. Gənclər öz ideya və istəklərini bildirərək, planlarının həyata keçməsi üçün müəyyən məsləhətlər, biliklər əldə ediblər.

Forum iyunun 26-da öz işini başa çatdırıb. 

Ceyhun ABASOV

 





28.06.2016    çap et  çap et