525.Az

Şəhidlərimiz adına olan tədbirdə Qarabağ azanı səsləndi (FOTO)


 

Şəhidlərimiz adına olan tədbirdə Qarabağ azanı səsləndi<b style="color:red"> (FOTO)</b> Bu gün Qarabağ Seyid Ocaqları və “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi Xocalı faciəsinin ildönümü münasibətilə tədbir keçirib.Tədbirdə ilk öncə “Qarabağa doğru – Haqqın və haqqımızın səsi” layihəsinə dəstək olaraq, Ağdamda işğaldan öncə səslənən Qarabağ azanı dinlənilib.

Sonra “Yeni Üfüq” İctimai Birliyinin gənclər şöbəsinin rəhbəri Elvin Süleymanov çıxış edərək bu İlahi səsin tezliklə xalqımızı doğma Qarabağa götürəcəyinə əmin olduğunu bilirib. “Qarabağ Seyid Ocaqları”nın təmsilçisi, şərqşünas Seyid Camal Əzimbəyli isə öz çıxışında Xocalı faciəsinin bütün Türk-İslam dünyasının faciəsi olduğunu, hər bir ölkə vətəndaşının Xocalı faciəsinin unutdurulmaması üçün əməli fəaliyyət göstərməsinin vacib olduğunu bildirib. O, bu gün səslənən Qarabağ azanının Azərbaycan insanının milli və mənəvi ruhunun dirçəlişinə səbəb olacağına, bütün inanclı kəsləri isə bu İlahi səsin təsiri ilə Qarabağın işğaldan azad olunması yolunda dövlətimizə yardımçı olmağa səsləyib. Tədbirdə  Türkiyə səfirliyinin mədəniyyət müşaviri dr. Seyid Əhməd Arslan çıxış edərək Qarabağ azanından çox təsirləndiyini bildirib. Seyid Əhməd Arslan Xocalı faciəsinin qardaş Türkiyə Cümhuriyyətinin də ortaq dərdi olduğunu ayrıca qeyd edib. Azərbaycan Qazilər birliyinin sədri Etimad Əsədov’da öz çıxışında Qarabağın azadlığı naminə xalq vəhdətinin vacibliyini bildirdi. Tədbir zamanı Nizami rayonu 220 saylı məktəbin sagirdləri: Afeliya Qocayeva, Gülanə Əhmədova, Sona Abdullayeva, Bakı Atatürk liseyinin şagirdi Mirrəsul Əzimbəyli, Nərimanov r-nu 47 saylı məktəbin 1-ci sinif şagirdi Tuncay Əliyev Xocalıya həsr olunmuş şeirlər oxuyublar. Şəhidlərə həsr olunmuş məclisdə şəhid ailələri, qazilər, tələbə gənclər də iştirak edib. Tədbirdə Xocalı şəhidlərinin əziz ruhlarına Qur’an oxunaraq, sonda ehsan süfrəsi verilib.






 





25.02.2013    çap et  çap et