525.Az

Putin və Ərdoğan arasında telefon danışığı


 

Putin və Ərdoğan arasında telefon danışığı<b style="color:red"></b> Rusiya prezidenti Vladimir Putin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.
 
APA-nın RIA "Novosti"-yə istinadən verdiyi məlumata görə, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında telefon danışığının başladığını və hazırda davam etdiyini bildirib.
 
“Milliyet” xəbər verir ki, Türkiyə vaxtı ilə saat 12.00-da (Bakı vaxtı ilə 13.00) başlayan telefon danışığı zamanı ikitərəfli münasibətlərin son vəziyyəti və gələcəyi, Atatürk Hava Limanında törədilən terror aktı barədə müzakirələrin aparılması gözlənilir.
 
Telefon danışığından sonra tərəflər rəsmi açıqlama verəcək.
 
Xatırladaq ki, ötən gün Türkiyə və Rusiya prezidentləri arasında Rusiya tərəfinin təşəbbüsü ilə bu gün telefon danışığının baş tutacağı barədə məlumat verilmişdi.
 





29.06.2016    çap et  çap et