525.Az

PKK İstanbuldakı terror aktı ilə əlaqəli olmasını təkzib edib


 

PKK İstanbuldakı terror aktı ilə əlaqəli olmasını təkzib edib<b style="color:red"></b> PKK terror təşkilatının hərbi qanadının nümayəndəsi PKK-nın İstanbulun Atatürk hava limanında törədilən terror aktı ilə əlaqəli olması iddiaları təkzib edib. 

Bu barədə APA “RİA Novosti”yə istinadən xəbər verir.  
 
“PKK dinc sakinlərə qarşı, xüsusilə də təsadüfən yoldan keçənlərə qarşı terror aktları törətmir. Onların əksəriyyəti heç Türkiyə vətəndaşı da deyil və PKK-nın mübarizəsi ilə heç bir əlaqəsi yoxdur. Biz yalnız türkiyəli hərbçi və xüsusi təyinatlılarla dağlarda mübarizə aparırıq, biz aeroportlarda və digər dinc  obyektlərdə partlayışlar törətmirik”, - deyə o bildirib.  
 
O həmçinin əlavə edib ki, PKK heç vaxt terrorçu-kamikadzelərdən istifadə etmir. PKK-çı terror aktının İŞİD-in və digər radikal qruplaşmaların dəsti-xətti olduğu qeyd edib. 
 
Qeyd edək ki, İstanbulun Atatürk hava limanında  terror aktları nəticəsində 36 nəfər ölüb, 147 nəfər yaralanıb. 
 





29.06.2016    çap et  çap et