525.Az

Atatürk aeroportu fəaliyyətini bərpa edib


 

Atatürk aeroportu fəaliyyətini bərpa edib<b style="color:red"></b> Terrorçu-kamikadzelərin hücumuna məruz qalmış İstanbulun Atatürk hava limanı fəaliyyətini bərpa edib.  
 
APA-nın “Haberturk”ə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin baş naziri Binəli Yıldırım bildirib. 
 
“Biz hava limanını açdıq, aviadaşımalar bərpa olunub”, - deyə baş nazir bildirib. 
 
Qeyd edək ki, bundan əvvəl Atatürk aeroportunun fəaliyyətinin yerli vaxtla səhər 08.00-dək dayandırılması barədə məlumat yayılmışdı.
 
Son məlumata görə, üç terrorçu-kamikadzenin hava limanına hücumu nəticəsində 36 nəfər ölüb, 147 nəfər yaralanıb.
 
Terror aktının "İŞİD" terrorçuları tərəfindən törədildiyi ehtimal olunur. 
 





29.06.2016    çap et  çap et