525.Az

UNICEF-in Fövqəladə Hallar üzrə rəhbəri BAMF-ın Təlim Mərkəzində


 

UNICEF-in Fövqəladə Hallar üzrə rəhbəri BAMF-ın Təlim Mərkəzində <b style="color:red"></b>

Birləmiş Millətlər Təşkilatı (BMT) Uşaq Fondunun (UNICEF) Fövqəladə Hallar üzrə rəhbəri Robert Makkarti, fövqəladə hallar üzrə mütəxəssisi Asim Rəhman, BMT Uşaq Fondunun Azərbaycandakı nümayəndəliyinin yeniyetmə və gənclərlə iş üzrə mütəxəssisi Aida Aylarova Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) ilə BMT Uşaq Fondunun birgə həyata keçirdiyi “Azərbaycan Gənclərinə Dəstək Proqramı” çərçivəsində Tərtər rayonunda səfərdə olublar.

Fonddan 525.az-a verilən məlumata görə, səfər çərçivəsində BMT Uşaq Fondunun rəsmiləri və Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev  Tərtər rayon İcra hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşüblər.

Görüşdə Tərtər rayon İcra hakimiyyəti başçısı rayon haqqında qonaqlara ətraflı məlumat verib, rayonun cəbhə xəttində yerləşən yaşayış məntəqələri və orada yaşayan yeniyetmə və gənclərin həyat şəraiti ilə bağlı fikirlərini bölüşüb.

Daha sonra BMT Uşaq Fondunun rəsmiləri və BAMF-ın təmsilçiləri Tərtər rayon İcra hakimiyyətində “Azərbaycan Gənclərinə Dəstək Proqramı” layihəsində iştirak edən Tərtər, Bərdə, Goranboy rayonlarının İcra hakimiyyəti rəsmiləri, Gənclər və İdman İdarələrinin rəhbərləri və Yetkinlik Yaşına Çatmayanlarla iş üzrə komitənin nümayəndələri ilə birlikdə dəyirmi masada müzakirələr aparıblar. Görüşdə cəbhə xəttində yerləşən yaşayış məntəqələrində yaşayan yeniyetmə və gənclərin təhsil alması, asudə vaxtını keçirməsi ilə bağlı fikirlər səsləndirilib. Müzakirələr zamanı icra hakimiyyəti rəsmiləri ilə qonaqlar arasında yeniyetmə və gənclərin fövqəladə hallar zamanı keçirdikləri psixoloji sarsıntı və bu problemlərin həlli yolları birgə müzakirə olunub.

Səfərin sonunda BMT Uşaq Fondunun (UNICEF) rəsmiləri, Beynəlxalq Avrasiya Mətbuat Fondunun Tərtər regional Peşə Təlim Mərkəzində Tərtər, Bərdə, Goranboy yeniyetmə və gənclərinin məşvərət şuraları ilə görüş keçirib. Görüşdə məşvərət şuralarının üzvləri yaşadıqları rayonlar haqqında, rayonların cəbhə xəttinə yaxın yerləşən yaşayış məntəqələrində yaşayan yeniyetmə və gənclərin təhsili, yaşayışı ilə bağlı təqdimatlar aparıb və onları maraqlandıran suallarla bağlı qarşılıqlı müzakirələr keçirilib. Görüşün sonunda məşvərət şurası üzvləri qonaqlara hədiyyələrini  təqdim ediblər.

 





29.06.2016    çap et  çap et