525.Az

"Bakılı ulduzlar"ın Fransa uğuru


 

"Bakılı ulduzlar"ın Fransa uğuru<b style="color:red"></b>

Fransanın Orn departamentində keçirilən Sen-Jan milli bayramı çərçivəsində Azərbaycanın Dostları Assosiasiyası və ölkəmizin bu ölkədəki səfirliyi konsert təşkil edib.

Konsertdə Xalq artisti Yusif Qasımovun rəhbərlik etdiyi "Bakı ulduzları" ansamblı Azərbaycan milli rəqslərini təqdim edib.

Orne departamentinin senatoru Natali Qule Azərbaycanın Dostları Assosiasiyasına və səfirliyimizə bayrama Azərbaycan əhval-ruhiyyəsi gətirdiyinə və azərbaycanlı rəqqaslara ifalarına görə təşəkkür edərək, ansamblın rəhbəri Yusif Qasımova Fransa Senatının xatirə medalını təqdim edib.

Assosiasiyanın baş katibi Mirvari Fətəliyeva bayram iştirakçılarına ölkəmizin zəngin mədəniyyəti haqqında ətraflı məlumat verib və ölkələrimiz arasında mədəniyyət sahəsindəki əlaqələrdən danışıb. O, Assosiasiyanın fəaliyyəti və təşkil etdiyi tədbirlərdən də bəhs edib.

Milli rəqslərimiz fransızları heyran edib və Azərbaycan mədəniyyətinə böyük maraq yaradıb.

Qeyd edək ki, Fransanın müxtəlif əyalətlərində Azərbaycan mədəniyyət günlərinin, musiqiçi və rəqqaslarımızın konsertlərinin təşkili ənənəyə çevrilib.

 





29.06.2016    çap et  çap et