525.Az

Ombudsman Ağcabədidə ictimai dinləmə keçirdi


 

Ombudsman Ağcabədidə ictimai dinləmə keçirdi<b style="color:red"></b>

Ombudsman Elmira Süleymanova Ağcabədi rayonunda ictimai dinləmə keçirib.

Yaqub Məmmədov adına Rayon Mədəniyyət evində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanovanın iştirakı ilə "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının icrası vəziyyəti və qarşıda duran vəzifələrə" həsr olunmuş İctimai dinləmə keçirilib.

İctimai dinləmədə rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilat rəhbərləri, icra nümayəndələri və bələdiyyələr, rayonda fəaliyyət göstərən qeyri- hökumət təşkilat nümayəndələri, rayon ağsaqqalları və gəncləri iştirak ediblər. Tədbiri Ağcabədi  Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov açıb. O, prezident İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"nın (MFP) icrası, təbliği və tətbiqi vəziyyətinin öyrənilməsi məqsədi ilə respublikanın digər bölgələrində olduğu kimi Ağcabədi rayonunda da ictimai dinləmə  təşkil etdiyinə görə Ombudsmana minnətdarlığını bildirib. Ş.Məmmədov rayonda bu istiqamətdə aparılmış işlər barədə ətraflı məlumat verib.

Elmira Süleymanova çıxışında Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmağın əsas vəzifələrdən biri olduğunu diqqətə çatdıraraq, Dövlət Proqramının respublikada  uğurla həyata keçirildiyini vurğulayıb. Eyni zamanda bu istiqamətdə nəzərdə tutulmuş işlərin daha da yüksək səviyyədə həyata keçirilməsinin vacibliyini bildirib.

Sonra rayonun hüquq-mühafizə orqanlarının rəhbərlərinə Elmira Süleymanova tərəfindən müvafiq tövsiyələr verilib.

Tədbirdən sonra Elmira Süleymanova rayon Polis şöbəsində olaraq müvəqqəti saxlama yerlərinə baxış keçirib.

 





29.06.2016    çap et  çap et