525.Az

Putindən Türkiyəyə başsağlığı


 

Putindən Türkiyəyə başsağlığı <b style="color:red"></b> Rusiya prezidenti Vladimir Putin İstanbulda baş vermiş terror aktı ilə əlaqədar Türkiyəyə başsağlığı verib.
 
APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Putin rus və alman şagirdləri ilə söhbəti zamanı 41 nəfərin həyatına son qoyan terror aktını pisləyib.
 
“Biz təəssüflənirik, terror aktı qurbanlarının yaxınlarına başsağlığı veririk”, - deyə o vurğulayıb.
 
Qeyd edək ki, dünən gecə İstanbul hava limanında baş vermiş terror aktı nəticəsində 41 nəfər ölüb, 147 nəfər yaralanıb.
 





29.06.2016    çap et  çap et