525.Az

Türkiyədə matəm elan edildi


 

Türkiyədə matəm elan edildi<b style="color:red"></b> Atatürk Hava Limanında törədilən partlayışla bağlı Türkiyədə bir günlük matəm elan edilib.
 
APA-nın “Milliyet”ə istinadən verdiyi xəbərə görə, ölkədə matəm elan edilməsi səbəbindən bütün rəsmi qurumlarda bayraqlar yarıya endiriləcək.
 
Qeyd edək ki, İstanbuldakı Atatürk Hava Limanında 3 terrorçu-kamikadzenin özünü partlatması nəticəsində 41 nəfər ölüb, 239 nəfər yaralanıb. Ölənlərdən 13 nəfər əcnəbidir.
 





29.06.2016    çap et  çap et