525.Az

ABŞ-da tutuquşu sahibinin qətli ilə bağlı ifadə verə bilər


 

ABŞ-da tutuquşu sahibinin qətli ilə bağlı ifadə verə bilər<b style="color:red"></b>

ABŞ-ın Miçiqan ştatının məhkəməsində mürəkkəb bir məsələ müzakirə olunur. Andlılar qətllə bağlı tutuquşunun ifadəsindən istifadə oluna bilməsi məsələsinə dair qərar verməlidir.

AZƏRTAC Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, tutuquşu cinayət işi ilə bağlı yeganə şahiddir. Nəticə etibarilə cinayətin üstünü açmaqda quşun artıq müstəntiqlərə köməyi dəyib. O, sahibinin son sözlərini səsləndirərək ona atəş açan şəxsin adını tələffüz edib.

Polis əməkdaşları əvvəlcə zənn edirdilər ki, tutuquşunun sahibi qarətçilər tərəfindən öldürülüb. Lakin sonradan Bad adlı tutuquşu qatilin adını çəkərək onları doğru yola yönəldib. Cinayətdən yarım il sonra quş mərhum sahibinin səsi ilə “Mənə atəş açma, Qlenna”, - deyib. Həlak olan kişinin həyat yoldaşının adı məhz belədir.

Hazırda Miçiqan ştatının müstəntiqləri tutuquşunun ifadəsindən cinayət işinin istintaqında istifadə etmək, qətlə yetirilən kişinin həyat yoldaşını isə məhkəmədə müttəhim qismində dindirmək barədə düşünürdülər.

 





29.06.2016    çap et  çap et