525.Az

"Real"dan Alabaya 65 milyon avro


 

"Real"dan Alabaya 65 milyon avro<b style="color:red"></b>

"Bavariya"nın müdafiəçisi David Alaba yeni mövsümdən La Liqada oynaya bilər.

Qol.az-ın "AS" qəzetinə istinadən verdiyi məlumata görə, avstriyalı futbolçu "Real"ın maraq dairəsinə düşüb.

Madrid təmsilçisi 24 yaşlı futbolçu üçün Almaniya klubuna 65 milyon avro ödəməyə hazırdır. Daha öncə 50 milyon avroluq təklifi rədd edən Münhen klubunun bu dəfə hansı cavabı verəcəyi maraqla gözlənilir.

Qeyd edək ki, ötən mövsüm "Bavariya"da 46 oyun keçirən Alaba 2 qol vurub və 4 məhsuldar ötürmə verib.

 





30.06.2016    çap et  çap et