525.Az

Tarixdə bu gün


 

Tarixdə bu gün<b style="color:red"></b> 1625–ci il. Növbəti Səfəvi-Osmanlı müharibəsi (1623-1639) gedişində Şah Abbasın qoşunları gürcü çarlıqlarının birləşmiş qüvvələrinə qalib gəlib, bölgəni yenidən nəzarətə götürüb.
 
1812–ci il. Görkəmli yazıçı, dramaturq, şair və filosof Mirzə Fətəli Axundzadənin doğum günüdür (1812-1878).

Yazdığı 6 komediyası ilə Azərbaycan dramaturgiyasının, “Aldanmış kəvakib” povesti ilə realist Azərbaycan nəsrinin təməlini qoyub.
 
Əsərləri hələ sağlığında xarici dillərə tərcümə edilib.

1873-cü ildə Mirzə Fətəli Axundzadənin “Lənkəran xanın vəziri” komediyasının səhnələşdirilməsi ilə Azərbaycan milli teatrının əsası qoyulub.
 
1928–ci il.

Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Əməkdar elm xadimi, biologiya elmləri doktoru Cəlal Əliyevin doğum günüdür (1928-2016).

Akademik Cəlal Əliyev fundamental araşdırmaları və əldə etdiyi nailiyyətləri ilə respublikada elmin inkişafına sanballı töhfələr verib.

Onun tədqiqatları ölkədə yeni istiqamətlər müəyyənləşdirməklə biologiya elmi qarşısında duran bir sıra aktual problemlərin həllinə xidmət edib.

Bioloji müxtəlifliyin qorunmasının əhəmiyyətini daim diqqət mərkəzində saxlayan alimin Azərbaycanda bitkilərin genetik ehtiyatları üzrə çoxsaylı beynəlxalq proqramların, eləcə də biomüxtəlifliyin mühafizəsi və səmərəli istifadəsi strategiyasının işlənib hazırlanmasında mühüm xidmətləri var.

AzərTAc
 





30.06.2016    çap et  çap et