525.Az

İstanbuldakı terrorla əlaqədar Türkiyə səfirliyində xatirə kitabı açılıb


 

İstanbuldakı terrorla əlaqədar Türkiyə səfirliyində xatirə kitabı açılıb<b style="color:red"></b> İyunun 28-də İstanbulun Atatürk Hava Limanında törədilən terrorla əlaqədar bu gün Türkiyənin Azərbaycandakı səfirliyində xatirə kitabı açılıb.
 
Səfirlikdən APA-ya verilən məlumata görə, kitabın imzalanması bir gün ərzində saat 10:00-dan 12:00-a və 14:00-dan 18:00-a kimi həyata keçiriləcək.
 
Qeyd edək ki, iyunun 28-də axşam İstanbulun Atatürk Hava Limanının beynəlxalq uçuşlar terminalında üç terrorçu-kamikadze özünü partladıb. Hadisə nəticəsində 42 nəfər həyatını itirib, 239 nəfər yaralanıb.
 





30.06.2016    çap et  çap et