525.Az

Ərdoğan: “Putinlə razılığa gəldik”


 

Ərdoğan: “Putinlə razılığa gəldik”<b style="color:red"></b> “Türkiyə və Rusiya arasında münasibətlərin sürətlə əvvəlki səviyyəyə qaytarılması ilə bağlı Rusiya prezidenti ilə razılığa gəldik”.
 
APA-nın məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə telefon danışığını şərh edərkən deyib.
 
O bildirib ki, V. Putinlə sentyabr ayında Çində baş tutacaq G20 toplantısında görüş barədə qərara gəliblər:

“Razılaşdıq ki, ilk addım olaraq turizm sahəsində dərhal qapıları açaq, bu sahədəki addımlarımızı sürətləndirək. Rusiya prezidenti artıq Nazirlər Kabinetinin toplantısını çağırıb və təlimat verib”.
 





30.06.2016    çap et  çap et