525.Az

Türkiyə-Suriyanın sərhədində 2 “canlı bomba” öldürüldü


 

Türkiyə-Suriyanın sərhədində 2 “canlı bomba” öldürüldü<b style="color:red"></b>

Türkiyə ilə Suriyanın sərhəd ərazisində 2 “canlı bomba” öldürülüb.

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, 2 İŞİD terrorçusu sərhəddə xəbərdarlığa məhəl qoymayaraq qaçmağa çalışan zaman təhlükəsizlik qüvvələri tərəfindən öldürülüb.

Terrorçulardan birinin kəşfiyyat hesabatlarında Ankara yaxud Adanada özünü partlatmaq istəyən Məhəmməd Ərəb adlı  şəxs olduğu ortaya çıxıb.

Terrorçunun üzərindən 21 iyul tarixində Dəməşqdən Qamışlıya gəldiyini göstərən təyyarə bileti tapılıb.

Digər terrorçuların də şəxsiyyəti aşkarlanıb.

İki terrorçunun da Suriyalı olduğu bildirilib.

 





30.06.2016    çap et  çap et