525.Az

ATƏT sədri Dağlıq Qarabağ separatçılarının lideri ilə görüşdü


 

ATƏT sədri Dağlıq Qarabağ separatçılarının lideri ilə görüşdü<b style="color:red"></b> ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Frank Valter Ştaynmayer Ermənistana səfəri çərçivəsində bu gün səhər İrəvanda Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyanla görüşüb.
 
APA-nın məlumatına görə, görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair fikri mübadiləsi aparılıb, yaranmış vəziyyətdən çıxış yolları müzakirə olunub.
 
Qeyd edək ki, ATƏT sədrinin iyunun 29-da regiona səfəri başlayıb. O, dünən Ermənistanda görüşlər keçirib, bu gün isə Azərbaycana gəlir.
 
İyulun 1-də isə Ştaynmayer Gürcüstana səfər edəcək.
 





30.06.2016    çap et  çap et