525.Az

Diplomatlar Türkiyə səfirliyində


 

Diplomatlar Türkiyə səfirliyində<b style="color:red"></b> İyunun 28-də İstanbulda baş vermiş terror hadisəsi ilə əlaqədar Türkiyənin Azərbaycandakı səfirliyində açılan xatirə kitabının imzalanma mərasimi keçirilir.
 
APA-nın məlumatına görə, Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri səfirliyə gələrək xatirə kitabına ürək sözlərini yazırlar.
 
İmzalanma mərasimi axşam saat 18:00-dək davam edəcək.
 
Gün ərzində Azərbaycanın dövlət və hökumət üzvlərinin, ictimaiyyət nümayəndələrinin, vətəndaşların səfirliyi ziyarət etməsi gözlənilir.
 
Qeyd edək ki, İstanbulun Atatürk HAVA Limanında 3 kamikadzenin törətdiyi terrorda 42 nəfər ölüb, 239 nəfər yaralanıb.
 





30.06.2016    çap et  çap et