525.Az

Hidayət Orucov Bişkek meri ilə görüşdü


 

Hidayət Orucov Bişkek meri ilə görüşdü<b style="color:red"></b>

İyun ayının 29-da Bişkek Şəhər Meriyası aparatında Azərbaycan səfiri Hidayət Orucov və Bişkek şəhərinin meri Albek İbraimov arasında görüş keçirilib.

Səfirlikdən 525.az-a verilən məlumata görə, H.Orucov ölkələrimiz və paytaxtlarımız arasında əlaqələrin inkişafı məsələlərindən söz açmışlar.

A.İbraimov Azərbaycan və Qırğızstan xalqlarının qardaş xalqlar olduğunu, ölkələrimiz arasında münasibətlərin daim inkişaf edəcəyinə əminliyini ifadə edib.

Səfir bildirib ki, qardaş ölkələr olan Qırğızıstanla Azərbaycan arasında bütün sahələrdə əməkdaşlığın genişlənməsi və dərinləşməsi istiqamətində son vaxtlar irəliləyiş nəzərə çarpsa da mövcud potensialdan kifayət qədər istifadə edilmir. Bakı ilə Bişkek arasında birbaşa işbirliyi əlaqələri daha da gücləndirilə bilər.

Mer səfirliyin əlaqələrin güclənməsində mühüm rol oynadığını, H.Orucovun səfir təyin olunmasından sonra Qırğızstan-Azərbaycan əlaqələrində dönüş yarandığının qeyd edib.

Hər iki tərəf əməkdaşlığının genişləndirilməsi üçün danışıqların davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Səfir qeyd edib ki, münasibətlərimizin inkişafı ölkə başçılarımızın maraq dairəsindədir.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

 





30.06.2016    çap et  çap et