525.Az

Bakıda milli azlıqların həyat tərzini əks etdirən fotosərgi


 

Bakıda milli azlıqların həyat tərzini əks etdirən fotosərgi <b style="color:red"></b> Azərbaycan Xalça Muzeyində milli azlıqların həyat və yaşayış tərzini əks etdirən “Bir ailədə” adlı fotosərgi açılıb.
 
APA-nın xəbərinə görə, sərgi “Azərbaycan-doğma diyar” devizi altında Milli Azlıqların V Respublika Festivalı çərçivəsində təşkil olunub.
 
Fotosərginin açılışında çıxış edən mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva bildirib ki, sərgidə Azərbaycanda yaşayan müxtəlif xalqların ənənələri, həyat tərzini əks etdirən əsərlər nümayiş olunur. O qeyd edib ki, Azərbaycanda həmişə müxtəlif ölkələrə, dillərə böyük diqqət yetirilib.
 
Nazir müavini onu da qeyd edib ki, Bakı artıq mədəniyyətlərarası dialoqun məkanı kimi qəbul edilir.
 
Fotosərgiyə baxış keçirildikdən sonra “Multikulturalizmin Azərbaycan modeli” mövzusunda dəyirmi masa keçirilib.
 





30.06.2016    çap et  çap et