525.Az

İstanbul terroru ilə bağlı 13 nəfər saxlanıldı


 

İstanbul terroru ilə bağlı 13 nəfər saxlanıldı<b style="color:red"></b> İstanbulun Atatürk Hava Limanında törədilən terror aktları ilə bağlı 13 nəfər saxlanılıb.
 
APA-nın Anadolu Agentliyinə istinadən verdiyi xəbərə görə, hüquq-mühafizə orqanları İstanbulda 16 ünvanda eyni anda əməliyyat keçirib. Tutulan 13 nəfərdən 3-nün əcnəbi olduğu bildirilir.
 
Qeyd edək ki, iyunun 28-də aeroportda 3 terrorçu-kamikadzenin özünü partlatması nəticəsində 42 nəfər ölüb, 239 nəfər yaralanıb.
 





30.06.2016    çap et  çap et