525.Az

Bakıda hərbçilərlə mülki şəxslər arasında kütləvi dava: xeylı yaralı var


 

Bakıda hərbçilərlə mülki şəxslər arasında kütləvi dava: xeylı yaralı var<b style="color:red"></b>

Bakının Binəqədi rayonu ərazisində hərbçilərlə mülki şəxslər arasında kütləvi dava düşüb. Rayon Polis İdarəsindən Milli.az-a verilən məlumata görə, Çiçək qəsəbəsində, Hökməli dairəsi adlanan ərazidə baş verən davada mülki şəxslərlə “N” saylı hərbi hissənin müddətdən artıq xidmət edən hərbi quluqçuları dava ediblər.

Dava zamanı hərbçilər Abşeron sakinləri olan 37 yaşlı Abdulrza Məmmədov və 17 yaşlı Əbdülrəhman Eyvazovu bıçaqlayıblar. Dava zamanı bir neçə hərbi qulluqçu isə ağır xəsarətlə hərbi hospitala yerləşdirilib.

Yaralıların vəziyyəti ağır olduğundan onları dindirmək mümkün olmayıb. Bu səbəbdən davanın motivi də qaranlıq qalıb. Hazırda araşdırma aparılır

 





25.02.2013    çap et  çap et