525.Az

Xalça Muzeyinin əməkdaşları mükafatlandırıldı


 

Xalça Muzeyinin əməkdaşları mükafatlandırıldı<b style="color:red"></b>

İyunun 30-da Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Xalça Muzeyinin dəstəyi, Bakı Yunus Əmrə İnstitutunun təşkilatçılığı ilə Xalça Muzeyində I Beynəlxalq "Türk dünyasının ortaq dili - naxışlar” adlı simpoziumu zamanı iş fəaliyyətində vəzifə borcunu layiqincə yerinə yetirməkdə xüsusi fərqlənmiş bir qrup Azərbaycan Xalça Muzeyinin əməkdaşları “Təşəkkür bəlgəsi” ilə təltif olunublar.

Muzeyin mətbuat katibi Fuad Rəsulun 525.az-a verdiyi məlumata görə,“Təşəkkür bəlgəsi” ni Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova və Bakı Yunus Əmrə İnstitutunun direktoru İbrahim Yıldırım təqdim edib.

Qeyd edək ki, iyunun 2-3 tarixlərində baş tutan “I Beynəlxalq türk dünyasının ortaq dili - naxışlar” mövzusuna  uyğun olaraq Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistandan olan mütəxəssislər iştirak edib

"Türk dünyasının ortaq dili - naxışlar” adlı simpoziumun  əsas məqsəd  müxtəlif  türkdilli dövlətlərdə və regionlarda naxışların tanıdılması, uzaq regionlarda yaşayan türk mənşəli xalqların naxışlarının ortaq bir şəkildə istifadə olunduğunu göstərmək, bu naxışların türk dünyası incəsənətindəki “ortaq dil” olduğu həqiqətini vurğulamaqdır. Bu sahədə elmi məclisin  ilk olaraq Bakıda açılmsı xalça sənətinin Azərbaycanda qədim və şanlı tarixə malik olduğunu göstərir. Eyni zamanda, xalça sənətinin ən çox inkişaf etdiyi bölgələrdən olan Qarabağın hazırda erməni təcavüzkarlarının nəzarətində olduğu üçün bu sənətin də işğala məruz qaldığını vurğulamaqdır.

 





30.06.2016    çap et  çap et