525.Az

Ukraynalı nazir: “Eurovision”u keçirmək üçün arenamız yoxdur”


 

Ukraynalı nazir: “Eurovision”u keçirmək üçün arenamız yoxdur”<b style="color:red"></b>

Ukraynanın mədəniyyət naziri Yevgeni Nişşuk 2017-ci ildə “Eurovision” mahnı müsabiqəsinin keçirilməsi üçün arenanın olmadığını bəyan edib.

AZƏRTAC Ukrayna KİV-lərinə istinadla xəbər verir ki, nazir kanallardan birinin efirində deyib: “Çoxlu sayda insan üçün qapalı arenanın tələblərinə cavab verən arenalarımız praktiki olaraq yoxdur”. Nazirin sözlərinə görə, “Olimpiyski” Milli İdman Kompleksi örtülü deyil və onun üstü hətta müvəqqəti örtülsə belə, oradan ağır avadanlıq asmaq mümkün olmayacaq.

Y.Nişşuk qeyd edib ki, Lvov belə bir arenanın tikintisi imkanlarını nəzərdən keçirir .

Nazir deyib: “O, (arena – AZƏRTAC) əslində hər bir şəhərə, o cümlədən, Kiyevə lazımdır. Bizim böyük forum, konqres, teatr performansı üçün münasib məkanımız yoxdur.

Y.Nişşuk qeyd edib ki, onun fikrincə, Kiyev Dnepr çayının sahillərində böyük müasir zal tikməlidir.

 





30.06.2016    çap et  çap et