525.Az

Alimlər “5D” printeri icad ediblər


 

Alimlər “5D” printeri icad ediblər<b style="color:red"></b>

Son illər ərzində "3D" printerlərin populyarlığı xeyli artıb. Bu gün sözügedən texnologiyanın köməyi ilə yalnız sadə detallar deyil, həm də mürəkkəb konstruksiyalar hazırlanır. Bu halda alim və mühəndislər artıq mövcud olan texnologiyaları təkmilləşdirmək barədə düşünürlər.

AZƏRTAC “ictnews.az” saytına istinadla xəbər verir ki, bu günlərdə "Mitsubishi Electric Research Laboratories" şirkətinin mütəxəssisləri "5D" printeri yaradıblar.

"Mitsubishi Electric Research Laboratories" tərəfindən hazırlanmış "5D" printer yüksək möhkəmliyə malik detallar hazırlamağa imkan verir.

Şirkətin mütəxəssisləri iddia edirlər ki, eyni materiallardan istifadə zamanı "5D" printerdə yaradılmış məhsul 5 dəfə daha möhkəmdir və onların istehsalı üçün 25 faiz daha az plastik lazımdır.

 





30.06.2016    çap et  çap et