525.Az

Qaradağda qəza: bir nəfər ölüb


 

Qaradağda qəza: bir nəfər ölüb Bakının Qaradağ rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

525.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, sentyabrın 25-də saat 01.00 radələrində Sahil qəsəbəsi ərazisində, Bakı şəhər sakini Ramiz Vəlikişiyev "Chevrolet-Aveo" markalı avtomaşını idarə edərkən, onu qarşıda gedən Astara rayon sakini Asif Eyniyevin idarə etdiyi "KamAZ" markalı avtomaşına vurub. Nəticədə R. Vəlikişiyevin sərnişini Məhəmməd Şükürov hadisə yerində ölüb, xəsarət almış sürücü özü isə xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti orta-ağırdır.
 





26.09.2012    çap et  çap et