525.Az

İstirahət günləri ilə müqayisədə insanlar çərşənbə axşamı daha yaxşı yatır


 

İstirahət günləri ilə müqayisədə insanlar çərşənbə axşamı daha yaxşı yatır<b style="color:red"></b>

Böyük Britaniya mütəxəssislərinin apardığı son tədqiqat göstərib ki, həftənin digər günləri ilə müqayisədə insanlar çərşənbə axşamından çərşənbə gününə keçən gecə daha yaxşı yatmaq imkanı əldə edir. Nəticələr gözlənilməz olsa da, alimlər ona bəzi izahlar veriblər.

AZƏRTAC “Daily Mail” qəzetinə istinadla xəbər verir ki, insanlar istirahət günləri yox, çərşənbə axşamı daha yaxşı yatırlar. Mütəxəssislər təxminən beş min tədqiqat iştirakçısı haqda məlumat toplayıb. Aydın olub ki, adamlar istirahət günləri daha çox yuxuda olur. Lakin bundan da maraqlı nəticə onların cümə, şənbə və bazar günləri yuxunun “keyfiyyətsizliyindən” şikayət etmələridir.

Tədqiqat müəllifləri iddia edir ki, çərşənbə axşamından çərşənbəyə keçən gecə yatan insan öz gücünü daha effektiv bərpa edir. Alimlərin fikrincə, stress hormonlarının azalması, eləcə də qan təzyiqinin enməsi buna sübutdur.

Həmçinin tədqiqat göstərib ki, qadınlar kişilərdən çox yatırlar, kişilər isə yuxuda daha çox xoruldayırlar.

 





30.06.2016    çap et  çap et