525.Az

ABŞ-da prezident təyyarəsinin dayandığı hərbi bazaya silahlı hücum olub


 

ABŞ-da prezident təyyarəsinin dayandığı hərbi bazaya silahlı hücum olub<b style="color:red"></b> ABŞ-ın paytaxtı Vaşinqton yaxınlığında yerləşən "Joint Base Andrews" hərbi bazasında silahlı hücum təhlükəsi ilə bağlı həyəcan siqnalı verilib.
 
APA-nın xəbərinə görə, Pentaqonun nümayəndəsi "Reuters"ə açıqlamasında bazada silahlı şəxsin olduğunu bildirib.

Həmin şəxsin zərərsizləşdirilməsi üçün tədbir görülüb. Bazanın personalına binalardan bayıra çıxmamaq barədə əmr verilib.
 
Qeyd edək ki, ABŞ prezidentlərini daşıyan "Air Force One" təyyarəsi məhz "Joint Base Andrews" bazasında dayanır. Hərbi baza Ağ Evin 24 kilometrliyində yerləşir. Bazanın ərazisində qolf meydançası da var və prezident Obama orada qolf oynayır.
 





30.06.2016    çap et  çap et