525.Az

Salyanda doğulan üçəmlərdən sonuncusu da dünyasını dəyişdi


 

Salyanda doğulan üçəmlərdən sonuncusu da dünyasını dəyişdi<b style="color:red"></b> Salyan rayonunda doğulan üçəmlərdən sağ qalanı dünyasını dəyişib.
 
Bunu APA-ya açıqlamasında Elmi-tədqiqat Pediatriya İnstitutunun direktoru, respublikanın baş pediatrı Nəsib Quliyev deyib:
 
“Təəssüf ki, həmin uşağı 10 gündən artıq saxlaya bilmədik. Ağ ciyərlər yetişməmişdi, funksiyasını yerinə yetirmirdi. Beyində qansızma var idi. Çox çalışdıq, təəssüf ki, uşağın sağ qalması mümkün olmadı”.
 
O həmçinin bildirib ki, uşağın meyiti Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə göndərilib.
 
Qeyd edək ki, Salyan şəhər sakini Abdullayeva Mirzapta İlham qızı iyunun 21-də Salyan Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsində 3 oğlan uşağı dünyaya gətirib. Doğuşda sonra üçəmlərdən ikisi ölüb.
 
Sağ qalan körpə Bakıdakı Elmi-tədqiqat Pediatriya İnstitutuna yerləşdirilmişdi.
 
 Valideynləri doğuşdan sonra küvezə yerləşdirilən körpələrin ölümünü elektrik enerjisinin kəsilməsi, yaranan oksigen çatışmazlığı ilə əlaqələndiriblər. Salyan Mərkəzi Rayon Xəstəxanasından isə uşaqların ölümünün elektrik enerjisinin kəsilməsi ilə əlaqəsi olmadığı açıqlanıb.
 
 Səhiyyə Nazirliyi doğuşun hamiləliyin 31-ci həftəsində baş verdiyini, uşaqların çəkisinin çox az olduğunu açıqlayıb. Nazirlik küvezə yerləşdirilən uşaqların işıqların sönməsi nəticəsində yaranan oksigen çatışmazlığından ölməsi barədə yayılan məlumatları təkzib edib.
 





30.06.2016    çap et  çap et