525.Az

"Avro-2016": İlk yarımfinalçı müəyyənləşdi


 

"Avro-2016": İlk yarımfinalçı müəyyənləşdi<b style="color:red"></b>

Dünən “Avro-2016”nın 1/4 final mərhələsinin ilk oyunu keçirilib.

Qol.az-ın məlumatına görə, yarımfinal uğrunda Polşa və Portuqaliya milliləri üz-üzə gəlib.

Polşa millisi 1/8 finalda İsveçrəyə penaltilərlə qalib gəlib. Kriştiano Ronaldonun kapitan olduğu Portuqaliya yığması isə güclü Xorvatiyanı mübarizədən kənarlaşdırıb.

Bu görüşün əsas və əlavə vaxtında qalib müəyyənləşməyib - 1:1. Penaltilər seriyasında daha dəqiq oynayan portuqallar yarımfinala adlayıb.

Qeyd edək ki, cütün qalibi yarımfinalda Uels – Belçika oyununun qalibi ilə qarşılaşacaq.

30 iyun

Avropa çempionatı, 1/4 final

23:00. Polşa - Portuqaliya - 1:1 (Penaltilər seriyası - 3:5)
Qollar
: Robert Levandovski, 4 (1:0), Renato Sançes, 33 (1:1)

Portuqaliya: + + + + +

Polşa: + + + -

Baş hakim: Feriks Brıx
Yan xətt hakimləri: Mark Borş, Ştefan Lupp
Əlavə köməkçi hakimlər: Bastian Dankert, Marko Frits (hamısı Almaniya)
Dördüncü hakim: Milorad Majiç
Marsel. "Velodrom" stadionu

1 iyul

23:00. Uels - Belçika

2 iyul

23:00. Almaniya - İtaliya

3 iyul

23:00. Fransa - İslandiya

 





01.07.2016    çap et  çap et