525.Az

ABŞ dövlət katibi İlham Əliyevə zəng edib


 

ABŞ dövlət katibi İlham Əliyevə zəng edib<b style="color:red"></b> ABŞ dövlət katibi Con Kerri Azərbaycan prezidenti İlham Əliyevə telefonla zəng edib.
 
APA-nın xəbərinə görə, söhbət zamanı son vaxtlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində görülmüş işlər müzakirə olunub, qeyd edilib ki, Vyana və Sankt-Peterburq görüşlərindən sonra danışıqlar prosesinə yeni dinamika verilib.
 
ABŞ dövlət katibi Con Kerri və dövlətimizin başçısı İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesinin perspektivlərini də müzakirə ediblər.
 
Telefon danışığı zamanı Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin uğurlu inkişafından məmnunluq ifadə edilib, gələcək əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
 





01.07.2016    çap et  çap et