525.Az

"Maşın bazarı"ndakı yanğın tam söndürüldü - Yenilənib


 

"Maşın bazarı"ndakı yanğın tam söndürüldü - <b style="color:red">Yenilənib</b>

Bakının Nizami rayonunda "maşın bazarı" kimi tanınan ərazidə baş verən yanğın tam söndürülüb.
 
APA-nın məlumatına görə, FHN Dövlət Yanğından Mühafızə Xidmətinin rəisi, daxili xidmət general-mayoru Füzuli Əsədovun iştirakı ilə hadisə yerinə  baxış keçirilib. 
 
Məlumata görə, yanğının miqyası ilə bağlı açıqlama veriləcək.
 
Hazırda, yanmış mağazaların sahibləri yanğından xilas edə bildikləri mallarını digər mağazalara yerləşdirirlər.
 
Qeyd edək ki, yanğının söndürülməsinə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin 20-dək maşını cəlb olunub.
 
*** 30.06.16, 22:28

Yanğının söndürülməsinə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin 20-dək maşını cəlb olunub.
 
Əlavə maşınlar da yoldadır.
 
Bu barədə APA-ya hadisə yerindəki operativ qərargahdan bildirilib.   
 
*** 30.06.16, 22:05
 
Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) də məlumat yayıb.
 
Məlumata görə, Bakının Nizami rayonundakı “Maşın bazarı” ərazisində mağazalardan birində yanğın baş verib.
 
Dərhal yanğının söndürülməsinə qüvvə və vasitələr cəlb olunub.
 
Yanğınsöndürmə işləri davam etdirilir.

*** 30.06.16, 21:39

Bakının Nizami rayonunda "maşın bazarı" kimi tanınan ərazidəki mağazaların birində yanğın başlayıb.
 
APA-nın məlumatına görə, hadisə yerinə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin bir neçə yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib.
 
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
 
Hadisə yerinə FHN-nin Xətai və Nizami rayon Dövlət Yanğından Mühafizə hissələrinin ona yaxın maşını cəlb olunub.

Məlumata görə, yanğın bazarın giriş hissəsində yerləşən15-20 mağazaya yayılıb.  Hadisə yerində FHN  qərargah yaradılıb. Sahibkarlar mallarını mağazalardan çıxarmağa cəhd edirlər.
 
Yanğının baş vermə səbəbləri hələlik məlum deyil.

 





01.07.2016    çap et  çap et