525.Az

Beş ölkə Azərbaycandan yan keçən nəqliyyat dəhlizi yaradır


 

Beş ölkə Azərbaycandan yan keçən nəqliyyat dəhlizi yaradır<b style="color:red"></b> İran, Ermənistan, Gürcüstan, Bolqarıstan və Yunanıstan Fars körfəzindən Qara dənizədək uzanan nəqliyyat dəhlizi yaratmaq niyyətindədir.
 
“APA-Economics” İranın İRİB agentliyinə istinadən xəbər verir ki, bu məqsədlə adıçəkilən ölkələrin nümayəndələri 12-13 iyul tarixlərində Bolqarıstanın paytaxtı Sofiyada görüşərək müzakirə aparacaqlar.
 
Qeyd edək ki, qeyd edilən məsələ Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın İrana səfəri çərçivəsində bu ölkənin prezidenti Həsən Ruhani ilə müzakirə olunub.
 





01.07.2016    çap et  çap et