525.Az

Neftin qiymətinin artım dinamikası ikinci rübdə 7 illik rekordu qırıb


 

Neftin qiymətinin artım dinamikası ikinci rübdə 7 illik rekordu qırıb<b style="color:red"></b> Cari ilin ikinci rübündə neftin qiymətinin artım tempində rekord qeydə alınıb.
 
“APA-Economics” xəbər verir ki, ötən günün sonunda Brent markalı neftin 1 barelinin qiyməti 0,73 dollar və 1,44% azalaraq 49,88 dollar olub.
 
WTI markalı neftin 1 barelinin dəyəri isə 0,93 dollar və 1,86% azalaraq 48,95 dollara çatıb.
 
Neftin ucuzlaşmasına baxmayaraq, “qara qızıl”ın qiyməti 2009-cu ildən etibarən rekord səviyyədə rüblük artım dinamikası nümayiş etdirib.

Belə ki, birinci rübə nisbətən ikinci rübdə Brent markalı neft 26%, WTI nefti isə 28% bahalaşıb. Bu isə 7 illik rekorddur.
 





01.07.2016    çap et  çap et