525.Az

"Məqsəd "Astana"nı İpək Yolu üzrə maliyyə xidmətləri təklif edən mərkəzə çevirməkdir"


 

"Məqsəd "Astana"nı İpək Yolu üzrə maliyyə xidmətləri təklif edən mərkəzə çevirməkdir"<b style="color:red"></b>

"Qazaxıstanın Avrasiya regionunun "maliyyə körfəzində" öz yerini almaq potensialı var. Beynəlxalq maliyyə ötürücüsü (xab) kimi düşünülmüş "Astana" mərkəzinin yaradılmasına Qazaxıstanda xeyli vaxtdır ki, başlanılıb".

Bu barədə "Astana" Beynəlxaq Maliyyə Mərkəzinin (ABMM) rəhbəri Kayrat Kelimbetov bəyan edib.

Onun sözlərinə görə, beynəlxalq mərkəz  EKSPO-2017 sərgisindən sonra ilk müştərilərinin qəbulu üçüb hazır olacaq.

Qazaxıstan prezidentinin "100 konkret addım" adı ilə  həyata keçirilən planında dəqiqliklə nəzərdə tutulub ki, dövlət yeni iqtisadi, deməli, həm də siyasi və sosial inkişaf impulsu qazanmaq üçün hansı dəyişiklikləri gerçəkləşdirməlidir. Qurumu yaradanların fikrincə, məhz belə bir beynəlxalq maliyyə mərkəzinin olması bu prosesdə kifayət qədər önəmli rol oynayacaq. "Astana" BMM-ə daxil olacaq şirkətlər görünməmiş üstünlüklər əldə edəcəklər. Məsələn, 50 il ərzində vergilərin ödənilməsi öhdəliyindən azadolma ( bu, sərmayə xarakterli layihələrdə istifadə olunan xammal və materialların idxalı zamanı ƏDV-yə aiddir),  real işlək anqlo-sakson hüquqi modeli, habelə xüsusi viza və valyuta rejimləri.

Maliyyə mərkəzinin fəaliyyətinin operativliyinə gəlincə, K.Kelimbetovun sözlərinə görə, Qazaxıstanın birja ticarətinin Astana BMM-də gerçəkləşməsi və bütün dövlət şirkətlərinin də burada IPO-dan keçəcəyi planlaşdırılır. Milli Fond və Vahid Pensiya Toplanma fondunun aktivləri də məhz ABMM vasitəsilə öz idarəçilərini tapacaqlar. Mərkəz yaradıcılarının ideyasına görə, müsəlman dövlətləri də öz qiymətli kağızlarını bu maliyyə mərkəzinin birjalarında yerləşdirəcəklər.

Qazaxıstan prezidenti N. Nazarbayev Astana BMM-nin İdarə Şurasının üzvləri ilə görüşü zamanı xüsusi qeyd edib: "Biz başa düşürük ki, bu layihə böyük və mürəkkəb işdir. Mühüm olan regionu maraqlandırmaqdır,  "Astana" Beynəlxaq Maliyyə Mərkəzini İpək Yolu İqtisadi xətti  çərçivəsində maliyyə xidmətləri təklif edən mərkəzə çevirməkdir. Bu məqamı əldə etmək və onu tədricən inkişaf etdirmək vacibdir. Biz ümid edirik ki, Qazaxıstana təşrif buyuracaq beynəlxalq maliyyə təşkilatları, iri biznesmenlər burada işləməyin mümkün olduğuna əmin olacaqlar".

Maliyyə mərkəzinin imkanları sərmayədarlara artıq bu ilin sonunda nümayiş etdiriləcək. Astana BMM-nin İdarə Şurasının üzvləri qeyd edirlər ki,  nəzərdə tutulan qanunvericilik normaları və Maliyyə mərkəzinin fəaliyyət şərtləri yerinə yetiriləcəyi təqdirdə, Qazaxıstan, dövlət potensialının inkişaf etdirilməsinin müasir axınına inteqrasiya edə bilmiş azsaylı dövlətlər qrupuna daxil olacaq.

İnkişaf planına görə, Maliyyə mərkəzi Qırğızıstan, Özbəkistan, Tacikistan, sonralar isə Monqolustan və Qafqaz bazarlarına xidmət göstərəcək.

Xarici maliyyə təhlilçilərinin rəyinə görə, Qazaxıstanda Maliyyə mərkəzinin yaradılması həqiqətən də, pis olmayan ideyadır. İndi bu ölkədə əlverişli iqtisadi məqamdır - milli valyuta bir neçə devalvasiya yaşayıb, bütün makroiqtisadiyyat inflyasiyadan yayınma hədəfli kursa keçib, müvafiq olaraq Qazaxıstanda qiymətlər sərmayədarları və şirkətləri qane edən səviyyədədir. Eyni zamanda, iri və ciddi dövlət müəssisələrinin özəlləşdirilməsinə dair aksiya fəaliyyətdədir.

Pərvanə SULTANOVA

 





01.07.2016    çap et  çap et