525.Az

Azərbaycanda bankda polis güllələndi


 

Azərbaycanda bankda polis güllələndi<b style="color:red"></b> Bu gün Gəncə şəhərində silahlı insident baş verib.
 
Hüquq-mühafizə orqanlarından Lent.az-a verilən məlumata görə, Gəncə şəhərinin Azadlıq prospektində yerləşən “AFB” bankının filialında Mühafizə polisinin əməkdaşı Həsənov Rişad Xəyyam oğlu güllələnib. Ayaq nahiyəsindən xəsarət almış polis serjantı xəstəxanaya yerləşdirilib.
 
Lent.az-ın əldə etdiyi məlumata görə, 1988-ci ildə Goranboy rayonunda anadan olmuş polis serjantı özü-özünü vurub. Hadisənin ehtiyatsızlıqdan baş verdiyi bildirilir. 25 yaşlı R.Həsənov xəstəxanaya yerləşdirilib. Faktla əlaqədar hadisə yerində araşdırmalar aparılır, bank binasına əməliyyat qrupu gəlib.
 
Qeyd edək ki, xidməti tapançadan açılan atəş nəticəsində güllə yarası alan polis əməkdaşı elə həmin bank filialının mühafizəçisidir.
 





25.02.2013    çap et  çap et