525.Az

Maradona: "Messi lider olmaq istəmir"


 

Maradona: "Messi lider olmaq istəmir"<b style="color:red"></b>

Argentina millisinin canlı əfsanəsi Dieqo Armando Maradona son zamanlar tənqidlərə məruz qalan yığmanın hücumçusu Lionel Messi haqda danışıb.

Qol.az-ın "Bernabeu Digital"a istinadən verdiyi məlumata görə, Maradona Messini tənqid edənləri buna son qoymağa çağırıb:

"Messini Argentina himnini oxumadığı üçün tənqid etməyə son qoyun. Onu komandanın lideri olmadığına görə günahlandırmayın. Liderlik onluq deyil. Messi lider olmaq istəmir. Onu rahat buraxmalıyıq. Meydanda necə ona rahatdırsa, elə də hərəkət etməlidir. Messinin komanda yoldaşları da kubok qazanmaq üçün meydanda həlledici rol oynamırlar. Messisiz yığmamız öz tarixi üçün mübarizə aparacaq. Ancaq Messi ilə komandamız finallarda oynayacaq".

Qeyd edək ki, Amerika kubokunun finalında Çiliyə məğlubiyyətdən sonra Messi Argentina millisindəki karyerasını başa vurduğunu açıqlayıb.

 





01.07.2016    çap et  çap et