525.Az

Neymar 2021-ci ilə qədər "Barselona"da


 

Neymar 2021-ci ilə qədər "Barselona"da<b style="color:red"></b>

"Barselona"nın hücumçusu Neymar klubla müqavilənin müddətini uzadıb.

Qol.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, yeni sözləşməyə əsasən braziliyalı futbolçu 2021-ci ilə qədər Kataloniya təmsilçisinin şərəfini qoruyacaq.

Artıq 24 yaşlı futbolçunun təzminat qiyməti də müəyyənləşib. Neymarı transfer etmək istəyən klub ilk ildə 200, ikinci ildə 222, üçüncü ildə isə 250 milyon avro ödəməli olacaq.

Qeyd edək ki, "Real" və PSJ-nin maraq dairəsində olan Neymarın Kataloniya təmsilçisi ilə mövcud müqaviləsi 2018-ci ildə başa çatacaq.

 





01.07.2016    çap et  çap et