525.Az

Xocalı Orxan Qazidə də anılıb


 

Xocalı Orxan Qazidə də anılıb<b style="color:red"></b>

Yalova Əsassız Erməni İddialarına Qarşı Mübarizə  Dərnəyi “Qarabağın işğalı və Xocalı soyqırımı” adlı beynəlxalq simpozium təşkil edib.
 
525.az-ın məlumatına görə, Xocalı soyqırımının 21-ci ildönümü münasibəti ilə dünyanın əksər ölkələrində tədbirlər keçirilir və bu mövzuya həsr edilmiş növbəti tədbir “Qarabağın işğalı və Xocalı soyqırımı” adlı beynəlxalq simpozium Türkiyənin Bursa şəhərinə bağlı Orxan Qazidə keçirilib. İllərdən bəri Azərbaycanın haqlı davasını Türkiyədə müdafiə və təbliğ edən Yalova Əsassız Erməni İddialarına Qarşı Mübarizə Dərnəyinin (Yalova Asılsız Ermeni İddialarıyla Mücadele Derneği) təşkilatçılığı ilə keçirilən beynəlxalq simpoziumda Türkiyə və Azərbaycan aydınları, dövlət və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Simpoziumdan öncə Yalova Əsassız Erməni İddialarına Qarşı Mübarizə Dərnəyinin Orxan Qazi şöbəsinin açılışı olub. Açılışdan sonra simpozium öz işinə başlayıb. Azəri-Türk Qadınlar Cəmiyyətinin sədri Tənzilə Rüstımxanlının sədrlik etdiyi simpoziumda Yalova Əsassız Erməni İddialarına Qarşı Mübarizə Dərnəyinin sədri Şəmsəddin Gürtəkin, Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov, millət vəkilləri Jalə Əliyeva və Sabir Rüstəmxanlı çıxış edərək, Xocalı, eyni zamanda Türk Dünyasının ortaq problemlərinə toxunublar.

Daha sonra simpozium qonaqlarına Yalova Əsassız Erməni İddialarına Qarşı Mübarizə Dərnəyinin plaketləri təqdim olunub. Simpoziumda  o cümlədən Türkiyədən Türk Tarih Qurumu Erməni Masası başqanı, professor Kamal Çiçək, elm adamlarından Cəmaləddin Taşkıran, Şenol Kantarçı, Gökmen Kılıçoğlu, Serkan Kekevi, Türkiyə-Azərbaycan Dərnəyinin başqanı Səfər Qaraqoyunlu, Azərbaycandan ermənişünas alim Qafar Çaxmaqlı, Milli Məclisin şöbə müdürü İbrahim Yusifzadə, yazarlar Kəbutər Haqverdi, Aqil Ələsgər və başqa elm və ictimaiyyət adamları iştirak ediblər.

K.Həmzəoğlu

 





25.02.2013    çap et  çap et