525.Az

Daha bir ölkənin Aİ və NATO-dan çıxmasına dair referendum keçirilə bilər


 

Daha bir ölkənin Aİ və NATO-dan çıxmasına dair referendum keçirilə bilər<b style="color:red"></b> Çexiya prezidenti Miloş Zeman ölkəsində Avropa İttifaqı və NATO-ya üzvlüklə bağlı referendum keçirilməsinə çağırıb.
 
APA-nın “Reuters”-ə istinadən verdiyi məlumata görə, lakin o, eyni zamanda ölkəsinin hər iki təşkilatda qalması ideyasını dəstəklədiyini bəyan edib:
 
“Mən Avropa İttifaqından çıxmağı dəstəkləyənlərin fikri ilə razı deyiləm. Lakin onların referendumda iştirak etməsi və öz fikirlərini ifadə etmələri üçün əlimdən gələni edəcəyəm. Bu, həmçinin NATO-da qalmağa aiddir”.
 
Qeyd edək ki, Çexiya prezidentinin konstitusiyaya dəyişikliyi nəzərdə tutun referendum təyin etməklə bağlı səlahiyyəti yoxdur.
 
Xatırladaq ki, iyunun 23-də Böyük Britaniyada ölkənin Aİ-dən çıxması ilə bağlı referendum keçirilib, 52 faiz bunun lehinə səs verib.
 





01.07.2016    çap et  çap et