525.Az

ATƏT PA-nın Daimi Komitəsində aprel hadisələrindən danışılıb


 

ATƏT PA-nın Daimi Komitəsində aprel hadisələrindən danışılıb<b style="color:red"></b> Bu gün ATƏT Parlament Assambleyasının Tbilisidə keçirilən 25-ci yay sessiyası çərçivəsində qurumun Daimi Komitəsinin iclası olub.
 
APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə Azərbaycan Milli Məclisinin sədr müavini Bahar Muradova çıxış edib.
 
Vitse-spiker daha sonra jurnalistlərə deyib ki, Azərbaycan nümayəndə heyəti sessiyanın hazırlıq dönəmində və tədbirin gedişində bütün məsələləri diqqətdə saxlayır:
 
“Bizim üçün daha çox vacib olan həlli uzadılmış münaqişələr, o cümlədən Dağlıq Qarabağ məsələsi və hazırkı vəziyyətlə əlaqədar PA-nın mövqeyi və verə biləcəyi töhfədir”.
 
B. Muradovanın sözlərinə görə, Daimi Komitənin iclasında bu ilin aprel ayında təmas xəttində baş verən hadisələrlə bağlı məlumat verilib.
 
“Bildirdik ki, hazırkı status-kvo Ermənistandan başqa heç kəsi qane etmir, Azərbaycan məsələnin sülh yolu ilə həll olunmasını tərəfdarıdır. Ərazilərimizin mərhələli şəkildə də olsa, işğalçılardan azad edilməsini istəyirik.
Tədbirdə vurğulandı ki, Ermənistan birmənalı olaraq, bunu rədd edərək danışıqlar prosesini əngəlləyir” - deyə, spiker bildirib.
 
B. Muradova çıxışının iştirakçılar tərəfindən dəstəkləndiyini deyib:

“Ermənistan tərəfinin isə aqressivlik nümayiş etdirməsinin, işğalçılıq siyasətini ört-basdır etmək və pərdələmək niyyəti güdməsinin şahidi olduq”.
 





01.07.2016    çap et  çap et