525.Az

AVRO-2016: Uels - Belçika - 3:1


 

AVRO-2016: Uels - Belçika - 3:1<b style="color:red"></b> Avropa çempionatında ikinci 1/4 final görüşü keçirilib.
 
APA-nın məlumatına görə, Lill şəhərinin  “Pyer Morua” stadionunda Uels və  Belçika qarşılaşıb.
 
Matç Uels yığmasının 3:1 hesablı qələbəsi ilə başa çatıb.
 
Beləliklə, Uels tarixində ilk dəfə olaraq Avropa Çempionatının ½  final mərhələsinə vəsiqə qazanıb. Yarımfinal matçında Uels Portuqaliya yığması ilə üz-üzə gələcək. Oyun iyulun 6-da, Lion şəhərində keçiriləcək. 
 
Avropa çempionatı
1/4 final
1 iyul
 
Uels - Belçika - 3:1
Qollar
: Eşli Uilyams, 31, Robson-Kanu, 55, Sem Vouks, 84 - Naynqolan, 13
 





02.07.2016    çap et  çap et