525.Az

Səfir: “Dəkkədə 20 nəfər girov götürülüb”


 

Səfir: “Dəkkədə 20 nəfər girov götürülüb”<b style="color:red"></b> Banqladeşin paytaxtı Dəkkə şəhərində restoranda  silahlılar tərəfindən 20 nəfər  girov götürülüb.
 
APA-nın məlumatına görə, bu barədə RAİ telekanalına İtaliyanın Banqladeşdəki səfiri Mario Palma bildirib.
 
Onun sözlərinə görə, girovlardan 7-si italiyalı iş adamıdır:

“Mən daim yerli hüquq-mühafizə orqanları ilə təmasdayam. Məndə olan məlumata görə, terrorçular hələ ki heç bir tələb irəli sürməyiblər, onlarla əlaqə saxlamaq mümkün olmayıb”.
 
Son məlumata əsasən, Banqladeş polisi yaxın saatlarda girovların azad edilməsi üçün xüsusi əməliyyat keçirəcək.
 
Hadisə nəticəsində ölən və yaralıların olduğu bildirilsə də, bu hələ ki rəsmi təsdiqini tapmayıb.
 
Dəkkədə naməlum silahlılar diplomatik məhəllədə yerləşən restorana hücum edib. İnsidentə görə "İŞİD" məsuliyyəti öz üzərinə götürüb.
 





02.07.2016    çap et  çap et