525.Az

Gürcüstana səfər edənlər arasında azərbaycanlı turistlər liderdir


 

Gürcüstana səfər edənlər arasında azərbaycanlı turistlər liderdir<b style="color:red"></b> Bu ilin ilk yarısında Gürcüstana səfər edənlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,9% artaraq 2 636 313 nəfər təşkil edib.
 
"APA-Economics" "Georgia Online" agentliyinə istindən xəbər verir ki, bu barədə Gürcüstanın Milli Turizm Administrasiyasının rəhbəri Georgi Çoqovadze bildirib.
 
Hesabat dövründə turist qismində ölkəyə səfər edənlərin sayı 18,1% artaraq 1 011 680-ə çatıb.
 
Onun sözlərinə görə, yanvar-iyun aylarında Gürcüstana ən çox Azərbaycandan səfər olunub (+18,1%). İkinci yerdə Türkiyə (+4%), üçüncü yerdə Ermənistan (+1,4%), dördüncü yerdə Rusiya (+15,6%), beşinci yerdə isə Ukrayna (+26,3%) qərarlaşıb. Yeri gəlmişkən, Azərbaycan bu sahədə ilin əvvəlindən liderliyi əldən vermir.
 





04.07.2016    çap et  çap et