525.Az

Elə gəzməyə də Vətən yaxşı


 

Elə gəzməyə də Vətən yaxşı Almaniya, 

Uzun illərdən bəri müşahidə etdiyim bəzi məqamları oxucularla bölüşmək istəyirəm. Həyat elə gətirdi ki, biz ailə olaraq zaman tunelinin axarına düşdük. Ailə üzvlərimdən və yaxın qohumlarımızdan Rusiyaya alver, ticarət (bəzən buna biznes adı da qoymaq olar), qazanc məqsədi ilə gedənlərin problemləri ilə üzbəüz qaldıq. Ailəmlə birlikdə Almaniyada yaşasam da uzun illərdir ki, gözüyaşlı körpələrin acı taleləri ilə baş-başa qalan, yaxınlarının Rusiya qurbanı olan birisi kimi bunları qələmə almağı özümə borc bildim.. Mən hələ uşaq ikən belə şeylərə biganə qala bilmir, üzülürdüm,  amma səsimi də çıxara bilmirdim, axı mənim böyüklərim vardı, bir də qonşulardan hər kəs bunu normal qarşılayırdı.  Birisi evlənir, sonra gənc xanımı ya öz atası evində, ya da xanımın atası evində qoyub qazanc dalınca Rusiyaya (bunu da bəzi bölgələrdə “ruset” kimi qısaca deyirlər) gedirlər. Əlbəttə elə ailələr var ki, Rusiyanın bazarlarında alver, yəni kiçik ticarətlə məşğul olur, həmçinin də ailəsini dolandırır, ehtiyaclarını ödəyirlər. Hətta bəzi ailələr öz xanımını və uşaqlarını da özləri ilə çalışdığı ölkəyə Rusiyaya, Ukraynaya, Orta Asiyaya aparırlar. Həyatın hər cür çətinliklərini göz önünə alan gənc ailələr, əl-ələ verib birlikdə mücadilə edirlər. Mən belə ailələrə əhsən deyirəm. Amma bilirəm ki, onların çox çətinlikləri var.Bəzən onlar bunu yaxınlarından gizlədir, sağlamlıqlarını, müəyyən təcrübəsizliklərini düşünmür, bəzən də iş – işdən keçəndən sonra açıb yaxınlarına danışırlar. Mən bilirəm ki, uğursuzluğa uğrayanlar minlərlədir. Bəziləri  Rusiyaya yaşadığımız müharibə şəraitindən qaçmaq, gizlənmək üçün gedirlər. Onların çoxu oğlan uşaqlarını əsgərlik yaşları çatar-çatmaz ora qaçırdırlar ki, başları salamat olsun. Hətta eşitdiyimə görə yaşlı rus və erməni qadınları ilə evlənənlər də var. Onları əsgərlikdən qaçırmaqla mənliklərini məhv etdiklərini düşünməyənlərə yazıqlar olsun! Bu, övladın  yox, onu buna sövq edənlərin günahıdır.Bəzi insanların isə ev – eşiyi, həyət- bağçası olduğu halda, Rusiyaya getməyi, nə olur-olsun orada yaşamağı, yəni kənd həyatı yaşamaqdan vaz keçib “şəhərliləşməyi” üstün tutaraq əyyaş rusların zibilxanalarında yaşamağı üstün tuturlar. Uşaqlarını natəmiz yerlərdə yaşamağa sövq edən bu insanlara insan deməyə dilim gəlmir. Onlar özlərini düşünmürlər, heç olmazsa uşaqlarını, onların gələcəyini düşünsəydilər necə də yaxşı olardı..  

Bizim Azərbaycanın savadlı – təhsilli övladlarından da taleyinə qürbət yazılanlar  var. Qarşılaşdığı çətinliklər  onları ölkədən xaricdə yaşamaga məcbur edir.  Mənim anlatmaq istədiyim başqa məsələdir... Çox ailələr tanıyıram qohum-əqrəbalardan, dost tanışlardan ailəlikcə gediblər, çoxu da öz adət ən-ənələrimizi qoruyur, hətta tanınmış şəxsiyyətlərə çevirilirlər. Bəziləri isə ruslaşmağı bir fəxr bilir, kimliklərini, xarakterlərini dəyişir, məhvə gedirlər... Və bir sözlə gələcək nəsillərinə “Yoxluq” kimliyi yazdırırlar. Bəziləri öz mədəniyyətimizi hələ düz-əməlli öyrənmədən, Azərbaycanın ucqar bir kəndindən getdiyi, şəhərlərimizin gözəlliyindən, qanun-qaydanın həyata keçirildiyi məkandan xəbərsiz olduqları üçün, Rusiyadan yaxşı, müasir ölkə yoxdur, düşüncəsi ilə yaşayırlar. Rusları dünyada ən qüdrətli ölkəyə sahib olduqlarını fikirləşir, onları hər zaman özlərinndən irəlidə görürlər. Hər hansı bir rus qadınını öz ana-bacısından müasir və modern hesab edir, öz ölkəsini isə dünyanın ən geridə qalmış ölkəsi sayır, vətənə dönməkdən ona bir fayda olmayacağını düşünür. Amma özünə, öz soy kökünə xəyanət etdiyini ağlına belə gətirmir. Nəhayətdə bu münasibətin ağrısını da özü çəkir. Çünki onlar hansı xalqın övladları olduğunu bilmir, biz millətsevərləri tarixi kökünə sahibləndiyi üçün az qala millətçi damğası vurub hamının gözündən salırlar. Unutmasınlar ki, rusların balaca uşağı da millətçidir. Onlar bir amalla böyüyürlər :“Mən rusam və rus millətindən böyük millət yoxdur. Bütün millətlər bizdən aşağıdır və onlar bizə tabedir”. Əzizim, Sən də Türksən!!! Coğrafi ərazimiz Azərbaycan olsa da, biz  Türkük, türk millətiyik, Bütün Türklərin babası Dədə Qorqudun nəvələriyik! Və  sən də bir türk övladısan, bunu unutma! Orta Asiya ölkələri Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Kazan Tatarları, Ahışka türkləri, Qaqauzlar, Krım tatarlar, Rusiyanın içərilərində hər an rastına çıxa biləcək, mən türkəm deyən milyonlarla insan sənin qardaşındır. Onlara sahib çıx, rusların baxdığı gözlə baxma, sənin onlardan heç bir fərqin yoxdur, bunları unutma! Heç bir rus, ya erməni, qeyri-müsəlmandan sənə dost, qardaş olmaz! Onlar səninlə işi düzələnə qədər yaxşı olar, dar günündə isə sənə sahib çıxan öz millətin olacaq, bu belədir və ömrü boyu da belə olub. Hər kəsi Allah yaradıb, onlarda da yaxşı insanlar var, hamı pis ola bilməz, amma onlar sənin ölkəndə və yaxud da başqa ölkələrdə yaşaya-yaşaya, sənin mədəniyyətinə xor baxırsa sən də bunu düşünməli və öz mədəniyyətini heç kimə qurban verməməlisən! 

Sən də öz mədəniyyətinlə fəxr etməlisən, təhsilinlə, yüksək səviyyəli etikanla, hərəkətinlə özünə sahib çıx, onlara sübut et ki, özünlə nə üçün fəxr edirsən. O zaman onlar səni daha yaxşı anlayacaq və sənə hörmətlə yanaşacaqlar...  Sənin Tarixin şanlı və yenilməzdir. 750 il Sultanlq edib 3 qitəni idarə edən babaların var, səni bu şərəfə layiq bilən Uca Allahın, Qurani Kərimin var. Sənin dinin mükəmməl dindir. Allah deyər: sən mənə tabe ol, mən sənə sahib çıxacağam! Ey Türk övladı dinimizi gözümüzdən salanlar kimi düşünmə, əlinə Müqəddəs kitabımızı al, oxu və bilgini artır.Tarixini də yaxşı oxu və başqalarına da  öyrət, amma kölə olma, rusların yaxud qeyri- müsəlman ölkələrinin içinə düşsən, buna Allahın bir sınağı kimi bax, və başını uca tut. Bilirəm ki, rus milləti dinsiz Sovet millətinin davamçısıdır. Bundan qətiyyən üzülmə, sən dinini sevsən onlara örnək olcaqsan. Onlar da səndəki nurdan qida alacaqlar və sənə tərəf gələcəklər. Yetər ki, dinini əməlli- başlı  anlayasan, o zaman xalqının, ana – bacılarımızın da qədrini biləcək, onları sevəcəksən..  Nə üçün suallarının cavabını tapacaqsan. Nəfsinə qarşı çıxa biləcəksən.  Tanıdığım insanlar var ki, nə üçün yaşadığının, bu dünyaya nə üçün gəldiyinin fərqində deyil. Elə hesab edir ki, bu dünya sadəcə əyləncədir, yaxud da yaşamaq uğrunda mübarizədir. Doğrudur həyat yaşamaq uğrunda mübarizədir, amma düzgün yaşamaq, Qurani Kərimdə göstərildiyi qayda və qanunlara əməl edərək yaşamaq. Nə məktəbdə, nə də evdə eşitmədiyimiz üçün bu, çoxlarına yad gələn fikirdir. Amma dünyanın inkşaf etmiş ölkələrinin məktəblərində dini dərsləri keçirilir, adət- ənənələrini də kilsə ilə dinlə əlaqələndirirlər. Sovetlər dağılan kimi bütün Rusiyada və keçmiş Sovet birliyində olan ölkələr dininə, adət- ənənəsinə döndü, kilsələrini təmir etdirdi, yaxud da yenisini inşa etdirdi. Bir sözlə, onlardan bu nümunəni, yəni İslam dinimizə sahib olmağı bizlər də götürməliyik. Hər yaxşı işdən   nümunə götürməyi lazımlı hesab ediriksə, bunu niyə qəbul etməyək? Burada çoxunuz susacaqsınız. .... bəlkə də məni qınayacaqsınız, hətta mənə geri qalmış kimi baxacaqsınız. Yox əzizlərim, yanılırsınız mən geri qalmış deyiləm, sadəcə sizlər bu barədə bilgisizsiniz. Mən bütün bunları Almaniyda-İnkşaf etmiş bir ölkədə yaşadığım zaman dərk etmişəm, öyrənmişəm müşahidə etmişəm. Bu ölkədə dininə sahib çıxmayan insanları geri qalmış, qorxunc insan kimi qəbul oldunduğunu  eşitmişəm. Özüm də dinsizlər qrupundan sayılırdım. Bu sözləri eşidincə utanmışam, axı mən Kommunizim ölkəsinin kitabları ilə böyümüşəm. Oxuduqlarım, eşitdiklərim, məktəbdə öyrəndiklərim, məni gördüklərimə, yaşadıqlarıma deyil, Sovet düşüncəsinə inanmağa sövq edib... Çox təəssüflər. Beləcə beyinlərimiz başqa yad düşüncələrlə “yuyulub”, “təmizlənib”  və özgələrinin fikri ilə özgələşdirilib... Bizi ruslaşdırıblar demərəm, bizi “manqurd”laşdırıblar...  “Qonşu qonşuya baxar, canını oda yaxar” məsəli var ... Bax, qonşuya baxıb canını yandıranların sonu belə olur. Amma gəlin belə etməyək... Qonşu üçün deyil Allah üçün yaşayaq. Dünya malı üçün kimi isə aldatmayaq. Bəzi insanlar mentalitet adı ilə dinimizə kölgə salırlar. Özlərinə sərf edən bir işi mentalitetimiz belədir kimi qələmə verir, amma özləri dinimizə ləkə gətirən işlərlə, həm bizim həm də özlərinin başlarını aşağı edirlər. Məsələn, alkoqollu içki içməyi kişilik hesab edir, hər hansı qıza sataşmağı fəxr bilir,kimi isə aldatdığını qürurla anladırlar. Nəyin halal nəyin haram olduğunu bilməyən kişi və qadınlara Allah iki göz verib ki, oxuyub yaxşı-yaxşı anlasın.  Hər bir müsəlman Allaha inanan şəxs bilməlidir ki, harada yaşamağından asılı olmayaraq inamlı olarsa və Allahdan diləyərsə, ruzisi veriləcək.  Gəlin öz torpaqlarımızı qoruyaq, dədələrimizin bizlərə əmanətinə sahib çıxaq.Yeri gələrsə suçu olaq, çoban olaq, kəndli olaq, amma adam olaq.  Rusiyanın bazarlarında, kücələrində “göz qamaşdıran” təmtaraqlardan uzaq olaq. Bu həyatın sizi hara aparacağını düşündünüzmü heç? Əgər uşaqlarınız nə Rusiya təhsil sisteminə, nə də Azərbaycan təhsil sisteminə uyğunlaşa bilməyəcəksə, bunun səbəbkarı siz özünüz olacaqsınız.Hec olmasa o gülüzlü balalarınızın taleyini düşünün...

18 Sentyabr 2012
 





26.09.2012    çap et  çap et