525.Az

Bakının 4 rayonunda su məhdudiyyəti olacaq


 

Bakının 4 rayonunda su məhdudiyyəti olacaq

Sentyabrın 26-27-də paytaxtın Xətai, Nizami, Sabunçu və Suraxanı rayonlarının bəzi yerlərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə 525.az-a "Azərsu” ASC-nin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. İstehlakçıların içməli su təchizatının daha da yaxşılaşdırılması məqsədi ilə "+ 69 Şərq" su anbarında əsaslı yenidənqurma və genişləndirmə işləri aparılır.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

 





26.09.2012    çap et  çap et