525.Az

Xocalı soyqırımı Qafqaz universitetində anılıb


 

Xocalı soyqırımı Qafqaz universitetində anılıb<b style="color:red"></b>

Qafqaz Universitetində Xocalı soyqırımı ilə bağlı anım mərasimi keçirilib. «Xocalı faciəsi vətən tarixinin qanlı soyqırım səhifəsidir» adlı tədbirdə universitet rəhbərliyi, müəllim-tələbə heyəti, tanınmış ictimai xadimlər iştirak edib. İlk olaraq soyqırım qurbanları və torpaqlarımızın bütövlüyünün bərpası uğrunda şəhid olanların ruhu bir dəqiqəlik sükutla yad edildi. Anım mərasimində çıxış edən Azərbaycan Yazıçılar Birliyinin üzvü, tanınmış şair Ənvər Əhməd Xocalı soyqırımı barədə düşüncülərini bölüşüb. Vurğulayıb ki, 18 il Xankəndjində yaşamasına baxmayaraq hazırda 21 ildir ki, Xocalısız yaşayırlar. Onun sözlərinə görə, Xocalı soyqırımına aparan yol əslində Meşəli, Qaradağlı fvaciələrindən başlayıb. Məhz həmin vaxtlarda bu faciələrin qarşısı alınsa idi, 1992-ci ildə 673 azərbaycanlının qətli, 1275 soydaşımızın isə əsir götürüldüyü 26 fevral qanlı Xocalı soyqırımı yaşanmazdı: «İki şeyi yaddan çıxartmamalıyıq. Onlardjan birincisi intiqam, iukincisi isə həmin müdhiş gecənin yaddaşlarımızdan silinməsinə yol verməmək».

Daha sonra çıxış edən tanınmış jurnalist və ziyalı Qulu Məhərrəmli isə vurğuladı ki, 1992-ci il yanvarın 10-da dövlət televiziyasında işləyərkən Xocalıdan xüsusi reportaj hazırlayıb. Həmin vaxt bir daha aydın oldu ki, Xocalı əhalisi tamamilə köməksiz qalıb, ümidləri isə demək olar ki, itmişdi. Onun sözlərinə görə, Xocalı soyqırımının dünya tərəfindən tanınması, ayrı-ayrı ölkələrdə bu faciəyə hüquqi qiymətin verilməsi istiqaamətində ciddi iş aparılmalıdır. Bu işdə gənclik, xüsusilə də xarici dövlətlərdə təhsil alan azərbaycanlı tələbələr mühüm rol oynamalıdırlar.      

Tədbirin sonunda Mədəniyyət şöbəsinin təşkilatçılığı və tələbələrin iştirakı ilə  «Xocalı harayı» adlı ədəbi bədii kompazisiya nümayiş etdirilib. «Xoca» filmi izlənilib.  

S.Qarayeva

 





26.02.2013    çap et  çap et