525.Az

“Ded Xasan”ın 40 mərasimində 70 “qanuni oğru” saxlanıldı


 

“Ded Xasan”ın 40 mərasimində 70 “qanuni oğru” saxlanıldı<b style="color:red"></b> Fevralın 25-də cinayətkar aləmin 300 təmsilçisi “Ded Xasan” ləqəbli “qanuni oğru” Aslan Usoyanın 40 mərasimi ilə bağlı Moskvanın “Korston” restoranına “sxodka”ya toplaşıb. 
 
Lent.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, polis 70 nəfəri, o cümlədən “Ded Xasan”ın qardaşı oğlu, “Timur Tibliski” ləqəbli “qanuni oğru” Teymur Mirzoyevi saxlayıb.
 
“Avtoritetlər” polis daktiloskopik tədqiqata cəlb olunub və öncə baş vermiş cinayətlərdə iştiraklarının olub-olmadığı yoxlanılıb.
 
Qeyd edək ki, “Ded Xasan” yanvarın 16-da saat 14:30 radələrində  Kremlin yaxınlığındakı “Karetnıy dvor” restoranının girişində “Ded Xasan”  güllələnib. “Ded Xasan” xəstəxanaya aparılıb reanimasiya şöbəsinə yerləşdirilsə də, tezliklə ölüb.
 





26.02.2013    çap et  çap et