525.Az

"Xəzər Lənkəran"ın baş məşqçisi istefa verdi


 

"Xəzər Lənkəran"ın baş məşqçisi istefa verdi <b style="color:red"></b>

“Xəzər Lənkəran”ın baş məşqçisi Karles Bakes istefası verib.

Qol.Az-ın məlumatına görə, Topaz Premyer Liqanın 21-ci turunun “Qəbələ”yə qarşı matçdakı məğlubiyyətdən sonra ilk altılığa düşmək şansını böyük ölcüdə itirən “Xəzər Lənkəran”ın baş məşqçisi tutduğu vəzifədən getmək qərarı verib. İspaniyalı məşqçininin Lənkəranda bazadan əşyalarını yığdığı və Bakıya qayıtdığı bildirilir.

Artıq Karles Bakes özü də istefa verdiyini təsdiqləyib.

Qeyd edək ki, Bakesin istefaya getməsi haqda ilk olaraq “Futbol+” qəzeti məlumat yayıb.

Xatırladaq ki, bu, son bir ildə "Xəzər Lənkəran"da üçüncü baş məşqçi dəyişikliyidir.

 





26.02.2013    çap et  çap et