525.Az

Bakıda virusa yoluxanların sayı artıb


 

Bakıda virusa yoluxanların sayı artıb<b style="color:red"></b> “Azərbaycanda əhali arasında yayılan xəstəlikləri, yaxın ölkələrdə olan qrip xəstəlikləri ilə əlaqələndirmək mümkün deyil”.

Bunu Lent.az-a Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktor müavini Afaq Əliyeva əhali arasında yayılan xəstəliklərə münasibət bildirərkən deyib. Qonşu ölkələrdə kəskin qrip viruslarının yayılmasına münasibət bildirən Afaq Əliyeva deyib ki, Azərbaycanda xəstələr arasında qrip virusuna yoluxan yoxdur. Onun sözlərinə görə, hazırda Azərbaycanda  kəskin represatur infeksiyaları qeydə alınır: “Keçən ilin müvafiq dövrü ilə müqayisədə yanvar, fevralda artım müşahidə alınıb. Müayinələr zamanı onlar arasında qrip virusu aşkar edilməyib. Yəni, hazırda Azərbaycan A B C virusları tərəfindən törədilən qrip virusu  yoxdur. Bunu yaxın ölkələrdə olan qrip xəstəliklərlə əlaqələndirmək mümkün deyil. Bu, mövsümü haldır. Getdikcə azalmağa doğru müşahidə edilir”.
 
Afaq Əliyeva bildirib ki, baş ağrısı, yüksək hərarət, öskürək kimi müşahidə edilən hallar rast gəlinərsə, həkimə müraciət etmək mütləqdir: “Xəstələr dərhal ərazi tibb məntəqəsinə müraciət etməli, yataq rejiminə riayət etməlidir”.
 
 
Xəstəliklə əlaqədar Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına daxil olan müraciətlərin sayı artıb. Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müalicə işləri üzrə müavini Suğra Bəşirova  Lent.az-a açıqlamasında bildirib ki, yanvar və fevral ayında müraciət edənlərin sayı kəskin artıb. Stansiyaya daha çox öskürək, hərarət və digər virus-infeksiyaları ilə bağlı müraciətlər daxil olur.
 
Ümumi çağırışların sayına gəlincə, baş həkimin müavini bildirib ki, fevralın 19-dan etibarən çağırışlarda azalma müşahidə olunub: “Əvvəl çağırışların sayı gün ərzində 2000-2200 idisə, sonradan isə 1900-ə endi”.
 
Qeyd edək ki, qonşu Gürcüstan və Rusiyada qrip epidemiyası tüğyan edir. Bununla bağlı on minlərlə məktəb və bağçada karantin elan olunub.
 





26.02.2013    çap et  çap et